Ukraynada təbii qaz çatışmazlığı yaşana bilər
Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə təbii qaz çatışmazlığı olduğunu etiraf edib.
Yenicag.az “Unian”a istinaədn xəbər verir ki, Zelenski Rusiyanın qaz anbarlarına və qaz hasilatı infrastrukturuna hücumları nəticəsində Ukraynada qaz hasilatının azaldığını xatırladıb və qeyd edib ki, növbəti mövsümündən çıxmaq üçün kifayət qədər “mavi yanacaq” olmaya bilər.
“Qaz anbarlarına, eləcə də qaz hasilatı infrastrukturuna kütləvi hücumlar olub. Hücumlar bu ilin payızından davam edir. Biz müəyyən gücü itirmişik, o, bərpa olunur, lakin biz energetika naziri ilə razılaşdıq ki, bu kəsiri bağlamaq üçün imkanlar axtaracağıq”, – deyə Zelenski bildirib.
O, zərurət yaranarsa, Norveçdən 1 milyard avro dəyərində qaz idxalına dair prinsipial razılığın əldə olunduğunu da vurğulayıb.