Reklam: High Technic
hightechnic

Ukraynalı deputat Rusiyanı Azərbaycan ərazilərinin işğalında ittiham edib

Reklam: Sinerji Pro

Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) toplantısında Azərbaycan ərazilərinin işğal olunmasından danışılıb.

Yenicag.ru-nun məlumatına görə, AŞ PA-da çıxış edən Ukrayna nümayəndə heyətinin üzvü, Ali Radanın deputatı Oleq Lyaşkonun çıxışından sonra Rusiyanın quruma üzvlüyünün bərpası məsələsi gündəlikdən çıxarılıb.

Bu barədə özünün “Facebook” səhifəsində yazan Lyaşko Azərbaycan ərazilərinin işğal altında olmasına da toxunub:

“Dörd il əvvəl Krım və Donbası ilhaq etdiyinə görə Rusiya AŞ PA-dan qovuldu. Bu dörd ildə nə dəyişib? Putin tələblərdən heç birini yerinə yetirməyib, onun ordusu Ukrayna vətəndaşlarını öldürməkdə davam edir.

Putinin qoşunları bu gün mənim doğma Çerniqovumda silah anbarını partladıblar, nəticədə on minlərlə insan təxliyə edilib. Hazırda iki milyon ukraynalı evindən didərgin düşüb, işsiz qalıb.

Putinin qoşunları Suriyada adamları öldürməkdə davam edir. Ukraynadan başqa Gürcüstan, Moldova və Azərbaycan ərazilərinin bir hissəsini də işğal edib. Avropada mövcud olan ən azı altı münaqişə Kremlin vicdanındadır”.

www.yenicag.az

474