ABŞ-nin Ukrayna üçün nəzərdə tutduğu yeni hərbi yardım zərfinə on minlərlə reaktiv mərmi və raket daxil edilib.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, ekspertlər ABŞ-nin yeni hərbi yardım zərfində göndərilməsi nəzərdə tutulan silahların Ukraynanın atəş potensialını 2-3 dəfə artıracağını bildirirlər.
Bu barədə danışan tanınmış hərbi ekspert Roman Svitanın sözlərinə görə, ABŞ-nin Ukrayna üçün hazırladığı 550 milyon dollarlıq yeni yardım zərfinə uyğun olaraq, bu ölkəyə 75 min reaktiv mərmi və 3 min raket göndəriləcək:
“Əgər bunlar M31 raketləridirsə, bu halda onlar düşmənin 50-70 kilometr məsafədə olan hədəflərini məhv etməyə imkan verəcək. M26 raketləri isə düşmənin 45 kilometr məsafədəki hədəflərinin vurulmasını təmin edəcək.
ABŞ-nin verəcəyi yeni hərbi sursatların arasında 130-140 kilometrlik raketlər də olacaqsa, onların vasitəsilə Krıma və konkret Krım körpüsünə zərbə endirmək olar”.
www.yenicag.az