Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa ərizəsi yazıb.
Yenicag.az xəbər verir ki, bu barədə Ali Radanın rəhbəri Ruslan Stefançuk məlumat yayıb.
“Ukrayna Ali Radası Ukraynanın xarici işlər naziri D.İ.Kulebadan istefa ərizəsi alıb. Müraciətə növbəti plenar iclasların birində baxılacaq”, – o, “Facebook”da yazıb.
Ukrayna parlamentinin spikeri Kulebanın istefasını xahiş etdiyi ərizənin surətini də yayıb.
Sənəd sentyabrın 4-nə aiddir.
www.yenicag.az