Ultimatium fiasko ilə bitdi: İran şərtlərini Trampa qəbul etdirdi

media-hightechnic-468x90

 

media-banner_tkm

ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt ultimatumlardan sonra gözlənilmədən hərbi əməliyyatları iki həftəlik dayandırdığını elan etdi. Bu qərar, rəsmi olaraq “qarşılıqlı atəşkəs” kimi təqdim olunsa da, prosesin gedişi göstərir ki, tərəflərin masaya gətirdiyi əsas şərtlər məhz İranın irəli sürdüyü tələblərdir.

Pakistanın vasitəçi olduğu danışıqlar məhz İranın tələblərinin atəşkəsin şərtləri olaraq qəbul edilməsi ilə başa çatdı.

Son günlərdə Vaşinqton Tehrana qarşı kəskin ritorika ilə çıxış edir, enerji obyektləri və körpülərin məhv ediləcəyi ilə hədələyirdi. Hətta ABŞ rəhbərliyi “bir gecədə bir mədəniyyətin yox ola biləcəyi” barədə ultimatum səsləndirmişdi.

Lakin son anda hücum planı dayandırıldı və atəşkəs elan edildi. Bu qərar ultimatumun qüvvəyə minməsinə cəmi bir neçə saat qalmış qəbul olundu.
Faktiki gündəliyi İran müəyyənləşdirdi

Rəsmi məlumatlara görə, müzakirələrin əsasını İranın təqdim etdiyi 10 maddəlik plan təşkil edir. Bu planın əsas tələbləri aşağıdakılardır:
• ABŞ hücumlarının dərhal dayandırılması
• gələcək hücumların təkrarlanmayacağına təminat
• Birinci və ikinci sanksiyaların ləğvi və zərərin kompensasiyası
• ABŞ qüvvələrinin regiondan çıxarılması
• Hörmüz boğazına nəzarətin İranın əlində qalması

Bu şərtlərin müzakirə üçün əsas kimi qəbul edilməsi faktiki olaraq prosesin təşəbbüskarının Tehran olduğunu göstərir.

Başqa sözlə, əvvəlcə ultimatum verən tərəf ABŞ idi, lakin yekunda masa üzərinə qoyulan sənəd İranın şərtləri oldu.

Hörmüz açıldı, amma: nəzarət yenə İranda qaldı

Atəşkəs razılaşmasına əsasən, İran Hörmüz boğazından təhlükəsiz keçidə icazə verir. Lakin bu keçid İranın hərbi nəzarəti altında həyata keçiriləcək və Tehran gələcəkdə gəmi keçidlərinə ödəniş tətbiq etmək hüququnu da özündə saxlayır.

Bu detal strateji baxımdan kritikdir. Çünki Hörmüz boğazı dünya neft tədarükünün təxminən 20 faizinin keçdiyi əsas enerji arteriyasıdır və bu marşrut üzərində nəzarət regionda real güc göstəricisi sayılır.

ABŞ hərbi məqsədlərə çatdı?

Vaşinqton rəsmi açıqlamalarda hərbi məqsədlərə nail olunduğunu iddia etsə də, sahədə vəziyyət fərqli mənzərə yaradır.
• ABŞ əvvəlcə ultimatum verdi
• sonra ultimatum müddətini uzatdı
• sonda isə hücumu dayandırdı

Bu ardıcıllıq siyasi baxımdan geri addım kimi qiymətləndirilir. Çünki ultimatumun icrası baş tutmadı və proses danışıqlara yönəldi.

Eyni zamanda, beynəlxalq müstəvidə də ABŞ planlarına tam dəstək formalaşmadı. BMT Təhlükəsizlik Şurasında İran əleyhinə qərar layihəsi Rusiya və Çin tərəfindən bloklandı.

Hərbi təzyiqdən siyasi kompromisə keçid

Mövcud vəziyyətin qısa siyasi nəticəsi belə görünür:

1. İran geri çəkilmədi – dirəniş göstərdi
2. ABŞ ultimatum verdi – lakin tətbiq etmədi
3. Danışıqlar İranın təklif etdiyi şərtlər əsasında başladı

Bu səbəbdən analitik müstəvidə yaranan əsas qənaət budur:

Faktiki strateji üstünlük hərbi gücdən deyil, siyasi mövqedən formalaşdı və bu mərhələdə təşəbbüs Tehran tərəfinə keçdi.
Atəşkəsin ardından İranın İsraili balistik raketlə vurması, Tehran küçələrində zəfər yürüşlərinin keçirilməsi də əslində üstünlüyün bu qədər bombardmandan sonra hansı tərəfdə olduğunu göstərməkdədir. Faktiki olaraq, Tramp nə İrandakı rejimi dəyişdirə bildi, nə Hörmüzdə üstünlük əldə edə bildi. İran isə ata Xameneyi başda olmaqla, əksər üst elitasını itirməsinə rəğmən öz rejimini qoruyub saxlamağa və ABŞ və İsraillə bağlı mifi dağıtmağa nail oldu.

Amir Aqiloğlu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05