Ötən ilin sonunda açıq ürək əməliyyatı olunan xalq artisti, tanınmış aktyor Kazım Abdullayev yenidən əməliyyat olunmalıdır.
Bu barədə Yenicag.az-a aktyor özü açıqlamasında bildirib:
“Ayağıma görə xəstəxanaya getmişdim, həkimlər müayinə edəndən sonra ürəyimdə problem olduğunu dedilər. Bundan özüm də xəbərsiz idim. Bildirdilər ki, belə xəstə ürəklə ayağı əməliyyat etmək olmaz. Ürəyimdə dörd damarımı dəyişdilər. Ayağımdakı problemlər hələ də qalır. Yenidən əməliyyat olunmalıyım”.
Əməliyyatdan sonra həkimlər xalq artistinə altı ay vaxt keçmədən film və tamalarada oynamağı qadağan edib, stressdən, gərgin iş həyatından uzaq olmağı tapşırıb:
“Bir müddət tamaşa oynamaq olmaz. Çünki həkimlər bildirdilər ki, özümə gəlməyim üçün altı ay vaxt lazımdır. Amma tamaşalarda oynadım, seriallara isə fasilə verdim. Yaxın vaxtlarda bəlkə seriala da çəkildim. Onsuz da yaşadığımı yaşamışam, harda qırıldı. qırıldı”.
Cəvahir
www.yenicag.az