Uşaq bağçasında uçqun - Azərbaycanda

media-hightechnic-468x90

Oğuz rayonunda körpələr evi-uşaq bağçasının binasında uçqun olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 08 radələrində Təhsil Nazirliyinin Oğuz rayon Təhsil Şöbəsinin nəzdində olan Calut kənd körpələr evi-uşaq bağçasının inzibati binasının arxa divarında uçqun baş verib.

Uçqun baş verən zaman ərazidə uşaqlar olmayıb.

Calut kənd bələdiyyəsindən verilən məlumata görə, bina ötən əsrin 60-cı illərində inşa edilib, 40 ildən çoxdur ki, binada körpələr evi-uşaq bağçası fəaliyyət göstərir.

Bina son illər qəzalı vəziyyətə düşüb. Hadisə ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600