Uşaq su dolu xəndəyə düşüb – Fotolar
25 evi su basıb; sakinlər dama çıxıb FHN-dən kömək gözləyir
Binəqədi rayonu, Xocahəsən qəsəbəsində evləri su basıb. Sakinlər Fövqəladə Hallar Nazirliyinə, rayon İcra Hakimiyyətindən kömək gözləyir: “Yağış yağdı, evlərimizi su basdı. Fövqəladə Hallar Nazirliyindən kömək istəmişik. Elə evlər var ki, sakinləri suda boğulmamaq üçün damlara çıxıblar. Uşaqlar məktəbə gedə bilmir, bir uşaq yolun kənarındakı su dolu xəndəkə düşüb”.
Həmin uşağı sudan yoldan ötənlər çıxarıb: “Bədbəxt hadisə olacaqdı. Yaxşı ki, yoldan keçən olub. Buralarda qayıqsız hərəkət etmək mümkün deyil”. Qəsəbədəki “Sahil” şadlıq evinin arxasında yerləşən 25 ev davamlı yağıntıdan sonra suyun altında qalıb(musavat).