!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqlar arasında fərqlərin səbəbi nədir? - ARAŞDIRMA

!Reklam – Yazi

Yeni araşdırmaların nəticələrinə əsaslanaraq deyə bilərik ki, Amerikada doğulan körpələr böyüdükcə digər ölkələrdə böyüyən körpələrdən daha ünsiyyətcil və istiqanlıdır. Analarının dediklərinə görə, onlar həmçinin həvəsləndirici fəaliyyətlərlə məşğul olmağı çox sevirlər, həm də həmin uşaqlar ağlamağa və narazılıq etməyə başlayanda onları sakitləşdirmək daha asan olur.

Yenicag.az xəbər verir ki, tədqiqatçılar 3 ölkədə (Çili, Cənubi Koreya və Polşada) böyüyən uşaqlarla Amerikada böyüyən uşaqları müqayisə etdilər. Aşkar olundu ki, Çilidəki uşaqlar nə qədər aktiv olsalar da, hər hansı bir tapşırığın üzərində uzun müddət qaldıqda diqqət dağınıqlığı yaşayırlar. Bu göstəricilərin tam əksi isə Cənubi Koreyadakı uşaqlara aid idi. Belə ki, uzun müddətli zehni iş zamanında onların diqqəti qətiyyən yayınmır, lakin bunun müqabilində fiziki hərəkət etməyə meyilli deyillər. Araşdırmaçıların qənaətinə görə, onlara “ən ciddi uşaqlar” statusunu vermək olar . Polşalılar isə qəmginliyə və ağlamağa meyilli uşaqlardır. Belə bir vəziyyətdə onları sakitləşdirmək də çətindir.

Avropada nəşr olunan Developmental Psychology adlı jurnalda dərc olunan tədqiqat bir sorğudan istifadə edərək uşaqların müəyyən yaşlarda təxminən 200 hərəkəti sərgiləməsinin nə tezlikdə olduğunu müşahidə etmişdir. Jurnalın müəlliflərindən biri olan Maria Gartstein tərəfindən hazırlanan bu anket analar tərəfindən cavablandırılmışdır. Bunun nəticəsi ilə, tədqiqatçılar həmin davranış nümunələrini 14 müxtəlif kateqoriyaya böldülər. Belə ki, bu kateqoriyalar ciddilikdən vokal reaksiya qabiliyyətinə qədər dərəcələnirdi.
Milli.Az gencaile.az-a istinadən bildirir ki, yeni tədqiqat daha əvvəl alman və amerikan uşaqları arasında aparılmış və sakitlikdən xoşbəxtliyə, eləcə də həvəslilikdən məğlubiyyətə uğramaq çoxluğuna qədər dərəcələnmiş bir tədqiqata əsaslanmışdı.
Əgər uşaqların davranışlarının sadəcə bir neçə stereotipə görə qruplaşdığını düşünürsünüzsə, bu təkcə sizin təxəyyülünüzün məhsulu deyil. Vaşinqton Dövlət Universitetində psixoloq olan Gartstein müəyyən edib ki, valideynlərinin dəyərləri uşaqların təbiətinə təsir göstərir. Araşdırmaya əsasən deyə bilərik ki, Amerikan cəmiyyəti neqativ düşüncələrə uzaqdır və beləliklə, onlar uşaqlarını da neqativ emosiyalardan uzaq tutaraq böyüdürlər.
Beləcə, Gartstein düşünür ki, polşalı uşaqların öz mədəniyyətlərindəki emosiya və hisslərdən danışma meyilliliyinə reaksiya verməsi mümkündür. O deyir: “Çilidə anaların daha diqqətli olması səbəbiylə uşaqların daha çox hərəkətliliyə meyilli olması da məntiqlidir”.

Nə üçün uşaqlar arasında mədəni fərqlilikləri öyrənirik? Gartstein-ın sözlərinə görə psixoloji ədəbiyyatın əksəriyyəti Qərbə əsaslanır. Geriyə sadəcə 1 sual qalır: “Bəs bu halda bizim kəşflərimiz nə qədər universaldır?” Şəxsiyyətin təməli kimi görülən insan təbiətindəki fərqlər müəyyən məsələləri (məsələn, hansı tip şəxsiyyət və əhval-ruhiyyə pozğunluğunun mövcud şəraitin nəticəsi olmasını) işıqlandırır. Bu da bizə izah edir ki, nə üçün amerikalı uşaqlarda digər uşaqlara nisbətən daha çox diqqəti yönəltmək əskikliyi mövcuddur.
Gartstein bildirir: “Və beləliklə, valideynlər arasında müxtəlif yanaşma tərzləri olduğu halda ortaya çıxan dəyişiklikləri və uşaqları xoşbəxtlik, uğura yönəldən həlledici məfhumları görmək şansı əldə edirik”. /milli.az/

COP29

www.yenicag.az

921
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv