!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Uşaqlarımızın birinci sinifdən rus bölməsinə verilməsi kökündən yanlışdır” - Millət vəkili

!Reklam – Yazi

“Son dönəmlər orta məktəblərdə rus bölməsinə meyil artır və bu, kökündən yanlışdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri millət vəkili Gövhər Baxşəliyeva Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında səsləndirib.

Millət vəkili bildirib ki, rus dilinə qarşı deyil, lakin bu dilin xarici dil kimi tədris edilməsinin tərəfdarıdır:

“Rus dili böyük xalqın dilidir. Rusiya Azərbaycanın strateji müttəfiqidir. Ancaq rus dili digər dillər kimi xarici dil kimi tədris edilməlidir. Azərbaycan uşaqlarının birinci sinifdən rus bölməsinə verilməsi kökündən yanlışdır və təcili surətdə bunun qarşısı alınmalıdır. Necə olur ki, Arazın o tayındakı soydaşlarımız öz ana dillərində təhsil almaq üçün mübarizə aparırlar, biz isə könüllü şəkildə öz dilimizdən imtina edirik”.

Gövhər Baxşəliyeva qeyd edib ki, bu məsələni sovet dövrü ilə müqayisə edirlər, ancaq Azərbaycan sovet dövründə müstəqil deyildi.

COP29

www.yenicag.az

4232
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv