Üstünə hücum edən pələngi öldürdü

media-hightechnic-468x90

kendisine-saldiran-leopari-oldurdu-4715091YENİCAG.AZ xəbər verir ki, Hindistanın şimalında bir qadına hücum edən pələngi yarım saatdan çox davam edən mübarizənin ardından öldürdüyü bildirilib.

BBC-nin yaydığı məlumata görə, Uttarakhand əyalətinin Sem Nauti kəndində yaşayan 56 yaşındakı Kamla Devi, evinə su daşıyarkən kolluqlardan atılan bir pələngin hücumuna məruz qalıb.

Yarım saat pələnglə mübarizə aparan və özünü kürəklə müdafiə etməyə çalışan qadının, qonşuları tərəfindən xəstəxanaya qaldırıldığı deyilir.

Həkimlər, əlləri və qollarında qırıqlar, başı ilə qayaqlarında dərin yaralar və bütün bədənində dişlək izləri olan qadının sağ qalmasının bir möcüzə olduğunu söyləyiblər.

Devi, xəstəxanada jurnalistlərə dediyi sözlərdə “öləcəyimi düşündüm. Yenə də cəsarətimi itirməməyə çalışdım. Kimsə köməyə gəlməyincə yarım saatdan uzun bir müddət tək başıma mübarizə apardım. Kürəklə başına vuraraq öldürməyi bacardım” deyib.

Qeyd edək ki, Hindistanda heyvan hücumlarına tez-tez rast gəlinir. Keçən həftə də Uttarakhand əyalətində pələnglərin hücumuna uğrayan bir qadın ölmüşdü.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600