!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uzun müddətli iş rejimi bu xəstəliyə səbəb olur

!Reklam – Yazi

Uzun müddətli iş rejimində çalışanlarla bağlı yeni araşdırma aparılıb.

Yenicag.az xəbər verir ki, ABŞ-da aparılan araşdırma zamanı məlum olub ki, uzun müddətli iş saatları hipertoniya riskini artırır.

ABŞ Ürək Cəmiyyətinin “Hipertoniya” jurnalında araşdırma nəticələri barədə dərc olunan məqalədə göstərilib ki, uzun zaman işləyənlərdə gizli inkişaf edən yüksək təzyiq, hipertoniya riski artır.

Mütəxəssislər araşdırma zamanı belə iş rejimində çalışan 3500-dən çox şəxsi izləyiblər. Həftədə 49 saat və daha çox çalışanlarda gizli təzyiqin inkişafı 70 faiz, hipetoniyanın inkişafı riskinin isə 66 faiz artdığı məlum olub.

Həftədə 41-48 saat çalışanlarda gizli hipertoniya 54, hipertoniya riski isə 42 faiz artır.

Araşdırma zamanı izlənilən şəxslərin iş rejimləri ilə yanaşı yaşları, cinsiyyətləri, peşələri, siqaret istifadəsi, bədən kütlə indeksi və sağlamlığa təsir edən digər amillər də nəzərdən keçirilib.

Araşdırmaçılar bildiriblər ki, uzun müddətli iş saatında çalışanlar mütləq təzyiqlərini nəzarətdə saxlamalıdırlar.

Hazırda dünyada 1 milyarddan çox hipertoniya xəstəsinin olduğu bildirilir. (e-tibb.az)

COP29

www.yenicag.az

983
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv