Vahid Əhmədovun oğluna yüksək vəzifə verildi

media-hightechnic-468x90

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

Baş Prokuror Zakir Qaralovun müvafiq əmri ilə Bakı şəhəri, Qaradağ rayonunun prokuroru Abdullayev Natiq Saleh oğlu tutduğu vəzifədən azad edilərək Şirvan şəhərinə prokuror təyin edilib.

Digər əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini Zəfər Əhmədov Qaradağın prokuroru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Zəfər Əhmədov deputat Vahid Əhmədovun oğludur.

V.Əhmədov faktı Oxu.Az-a açıqlamasında təsdiqləyib.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa