Avropa İttifaqında Covid-19-a qarşı vaksinasiya prosesi qalmaqallarla müşahidə olunur. Avropalılar nə üçün vaksinasiyanın sürətindən narazıdırlar? Nə üçün vaksinasiya arzu ediləndən daha ləng aparılır? Rəsmi Brüssel nədə günahkardır? Britaniya-İsveç şirkəti olan AstraZeneca-nın səhvi nədir? Rusiyanın “Sputnik V” vaksini Avropanı xilas edə bilərmi?
BBC müxbiri Yuri Vendik bu suallara cavablar tapmağa çalışıb.
Vaksinasiya niyə ləng gedir?
Əslində Avropa İttifaqındavaksinasiya elə də ləng getmir. Amma bir çox avropalılar bundan razı deyil və bildirirlər ki, Aİ İsrail, Britaniya və ABŞ kimi dünya liderlərindən, həmçinin özlərinin keçən il müəyyən etdikləri qrafikdən geri qalır.
Martın sonuna Avropa İttifaqında orta hesabla 100 nəfərdən 14-ə peyvənd vurulub. Bu isə Britaniya ( bu ölkədə 100 nəfərdən təxminən 50-i peyvənd olunub) və ABŞ- dan ( 100 nəfərdən 40 nəfər) azdır. Amma Rusiya (7,3) və Çindən (6 nəfərə yaxın) çoxdur.
Düzdür Avropa daxilində ayrı-ayrı ölkələr üzrə göstəricilər çox seçilir. Məsələn Maltada 100-nəfərə düşən peyvənd olunmuşların sayı Avropa İttifaqı üzrə olan göstəricidən 3 dəfə çoxdur, Latviya və Bolqarıstanda isə 2 dəfədən çox azdır.
Aİ-nin Britaniya və ABŞ-dan geri qalmasının səbəbini rəsmilər və ekspertlər 3 şərtlə izah edir. Bura vaksinin nəzərdə tutulduğu qədər Avropaya verilməməsi, mövcud vaksinlərin bu və ya digər səbəbdən istifadəsiz qalması və vaksinin ixracıdır.
İxrac
ABŞ və Britaniyadan fərqli olaraq Aİ xaricə çox sayda vaksin ixrac edir. Bu həm kasıb ölkələrin vaksinlə təmin edən COVAX sistemi daxilində, həm də sadəcə adi ixrac şəklində həyata keçirilir.
Avropa komissiyasının rəhbəri Ursula fon der Leyen keçən həftə keçirilən Aİ sammitində qeyd etmişdi ki,martın sonuna Avropa İttifaqında yerləşən zavodlar Aİ ölkələrini 88 milyon doza, Aİ xaricində yerləşən dövlətləri isə 77 milyon doza vaksin ilə təmin edib.
Avropa ölkələrinin hökumətləri hesab edir ki, varlı dövlətlərin ancaq özlərini düşünməyə və kasıb ölkələrə yardım etməməyə mənəvi haqqı yoxdur.
Aİ-dən vaksinlərin ixracının dayandırılması ideyası inditez-tez səsləndirilir, bu məsələ martın 25-də keçirilən sammitdə də müzakirə olunub. Amma hələlik ixraca qadağa qoyulmayıb.
Avropa tələb olunan miqdarda vaksin almır
Avropa İttifaqında qeydə alınmış vaksinlərin hər üç istehsalçı şirkəti – Pfizer, Moderna və AstraZeneca, elə ilk gündən üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmədilər. Onlar sadəcə olaraq çoxlu sayda vaksinin istehsalını təşkil edə bilmədilər.
Məsələn Almaniyanın BioNTech şirkəti ilə bərabər vaksin hazırlamış ABŞ-ın Pfizer şirkəti yanvarda elan etdi ki, Belçikadakı zavodunun yenidən qurulması və gücünün genişləndirilməsi səbəbindən çatdırılma qrafikindən geriləyir. Şirkət fevralın ortalarına kimi Avropa ölkələrinə Aİ-nin gözlədiyindən 10 milyon doz az vaksin verə bildi.
Ursula von der Leyen fevralın 10-da Avropa Parlamentində çıxışı zamanı söylədi ki, “yəqin ki, vaksinin kütləvi istehsalının təşkil ediləcəyinə və sifarişlərimizin vaxtında çatdırılacağına çox nikbinliklə inanmışdıq”.
AstraZeneka-nın antirekordu
İlk olaraq Oksford universiteti ilə birgə öz vaksinini hazırlamış Britaniya-isveç şirkəti olan AstoZeneca kontraktlar üzrə öhdəliyi yerinə yetirmədi.
Bu şirkət birinci rübdə Avropa İttifaqına 80-100 milyon doza (Aİ isə ona 400 milyon doza sifariş etmişdi) vaksin verməli idi.Amma artıq fevralda şirkət bildirdi ki, “üzr istəyirəm , bunu edə bilməyəcəyik” və martın sonuna Aİ üçün 40 milyon doza vaksin istehsal edəcəyini açıqladı. Martda isə şirkət bildirdi ki, Avropaya ancaq 30 milyon doza vaksin verəcək. Amma mövcud vəziyyət şirkətin əslində bunu da edə bilməyəcəyini göstərir.
Bu arada əsasən AstraZeneca vaksinindən istifadə edən Britaniya adı çəkilən şirkətin iki müəssisənidən (onlardan başqa bu vaksin AstraZeneca-nın ABŞ, Belçika, Holandiya müəssisələrində və lisenziya ilə Hindistanda istehsal edilir)vaxtı-vaxtına və lazımi qədər vaksin alır.
Avropalıları bu qıcıqlandırır. Brüsselin fikrincə, AstraZeneca əgər lazımi qədər vaksin istehsal edə bilmirsə, onda əlində olan imkanları müştərilər arasında proporsional bölməlidir.
Ekspertlər bildirirlər ki, şirkətin Britaniya ilə olan müqaviləsində gecikməyə görə cərmələrin tətbiq ediləcəyi göstərilib və şirkətin Britaniyanın tələbatını ödəməyə çalışması məhz bu amillə bağlıdır.
Əldə olan vaksinlər niyə istifadəsiz saxlanılır?
Avropa komissiyasının məlumatına görə, Aİ ölkələri 88 milyon doza vaksin alıb, amma bunun cəmi 62 milyon dozasını adamlara vurublar. Vurulmamış vaksinlərin çox hissəsi , 26 milyon doza, məhz AstoZeneca istehsalı olan vaksinlərin payına düşür.
“Biz bilirik ki, sifariş verdiyimiz qədər vaksin almayacağıq. AstraZeneca vaksinlərini isə iki dəfə vurmaq lazımdır. Yəni bir doza vaksin alan adam üçün ikinci doza soyuducuda saxlanmalıdır. 12 həftədən sonra həmin adamlara ikinci dozanı vurmaqüçün biz 26 milyon doza vaksini saxlamaq məcburiyyətindəyik”, deyə vaksinlərin istifadəsiz saxlanması səbəbini Avropa komissarlarından biri Sky teleşirkətinə müsahibəsində belə izah edib.
Xəstəliyin profilaktikası və nəzarəti üzrə Avropa mərkəzinin məlumatına görə, Fransa və Almaniya martın 26-a AstraZeneca-dan aldıqları 6,3 milyon doza vaksinin ancaq yarısını istifadə edib.
Bu ölkələr AstraZeneca-nın öz öhdəliyini yerinə yetirəcəyinə innamadıqları üçün vaksinlərin bir hissəsini soyuducuda saxlamalı və birinci dəfə vurulan vətəndaşlar üçün istifadə etməli olurlar.
Anti təbliğat kompaniyası
AstroZeneca-nın öz öhdəliyini yerinə yetirməməsindən savayı vaksinə qarşı aparılan informasiya kampaniyası da müəyyən əngəllər törədir.
Əvvəlcə mətbuatda AstraZeneca vaksinin yaşlı əhalidəağır fəsadlar yaratdığı barədə məlumatlar dərc edildi. Bir sıra Aİ ölkələri hökumətləri 65 yaşdan çox olan əhaliyə onu vurmamağı tövsiyyə etdi.
Məlumatlar təsdiqini tapmadı, tövsiyyələr də götürüldü.
Daha sonra xəbər yayıldı ki, guya AstraZeneca ölümə səbəb olan trombalar yaradır. Dərman vasitələri üzrə Avropa agentlikləri bu iddialar üzrə yoxlamalar apardı və onları təkzib etdi.
Nəticə olaraq AstraZeneca vaksinlərinin ziyanlı olması barədə məlumatların heç biri təsdiqini tapmadı, amma insanların ürəyində şübhlə qaldı.
YouGov sosioloji şirkətininməlumatına görə, fransızların 61% və almanların 55% AstraZeneca vaksinlərini təhlükəsiz hesab etmir. Amma britaniyalılara bütün bu informasiya qalmaqalı təsir etməyib. Sorğuda iştirak edən britaniyalıların 77% vaksinə inandığını bildirir.
Yaz və yay üçün optimist planlar
Təchizatın dayandırılması səbəbindən öz planlarına düzəliş etmək məcburiyyətində qalan Aİ təxminən iyulun ikinci yarısınadək ən azı 255 milyon insanı və ya Aİ-nin yetkin əhalisinin 70%-i birinci doza ilə peyvənd olunacağını hədəfləyir.
Hal-hazırda Avropa İttifaqına idxal etdiyi peyvəndlərin yarısından çoxu Pfizer-in payına düşür və Avropa Komissiyası ilin II rübündə daha 200 milyon doza Amerika-Alman peyvəndi alacağını gözləyir.
AstraZeneca isə II rübdə Avropa Birliyinə öncə planlaşdırılan 180 milyon əvəzinə, 70 milyon doza peyvənd göndərəcəyinə söz verib.
Amerika şirkətləri – Johnson & Johnson və Moderna II rübdə Avropa Birliyini müvafiq olaraq, 55 və 35 milyon doza peyvəndlə təhciz etməlidirlər.
“Sputnik V” ətrafında mübahisələr
Məhz bu dörd peyvənd (Pfizer, AstraZeneca, Johnson & Johnson və Moderna) Avropa dərman vasitələri agentliyi (EMA) tərəfindən qeydiyyata alınaraq təhlükəsiz hesab olunub və Avropa Birliyi ərazisində onların istifadəsinə icazə verilib.
EMA-da “Sputnuk V”-də daxil olmaqla daha bir neçə peyvəndin öyrənilməsi və qeyddiyyata alınması prosesi davam edir.
Mövcud durumda “Sputnik V” ətrafındakı mübahisələr istər-istəməz siyasi rəng alsa da, formal olaraq Aİ-ə daxil olan hər bir ölkə müstəqil şəkildə istənilən peyvəndi qeydiyyata alıb, onun tətbiqinə icazə vermək hüququna malikdir.
Hər biri 2 milyon doza “Sputnik V” sifariş etmiş Macarıstan və Slovakiya məhz belə hərəkət etsə də indiyədək bu ölkələrin hər biri yalnız bir neçə yüz min doza “Sputnik V” peyvəndi əldə edə bilib. Macarıstan həmçinin Çin istehsalı olan “SinoVac” peyvəndini də almaq niyyətindədir.
Slovakiyanın Rusiya peyvəndini alması isə ölkədə hökumət böhranına səbəb olub.
Rusiya səlahiyyətliləri fəal şəkildə “Sputnik V”in xaricdə reklamı ilə məşğul olsalar da, bir çox Avropa siyasətçi və səlahiyyətlilərinin göstərdiyi kimi, rus peyvəndinin istehsalı elə cüzi həcmdədir ki, digər aparıcı istehsalçılardan sifariş olunan yüz milyonlarla dozanın fonunda ondan istifadə mövcud duruma elə də ciddi təsir etmək gücündə deyil.
Rusiyanın özündə peyvənd olunmuşların sayı tək Almaniyadakından azdır.
“Sputnik V” hazırlayan mərkəzin rəhbəri Aleksandr Qinsburq martın ortalarında jurnalistlərə bildirib ki, həmin tarixə Rusiyada cəmi 10 milyon dozaya yaxın “Sputnik V” vaksini istehsal edilib.
Martın 22-də Fransanın TF1 kanalına müsahibəsində Avropa komissiyasının daxili bazar üzrəüzvü Tyerri Breton “bizə “Sputnik V” vaksini lazım deyil” söyləyərək bildirib ki, Rusiya özünu vaksinlə təmin edə bilmir və çox güman artıq bu ilin ikinci rübündə Aİ Rusiyanın vaksin problemini həll etməyə yardımçı olacaq ./anews.az/
www.yenicag.az