“Vallah, Vahid ƏZİZ, çətin işimiş...” – Xalq şairi ilə görüş keçirildi – FOTOLAR
Cəllad başım boyda qızıl istəmiş,
zəkam kasad oldu, elədim gümüş!
Vallah, Vahid ƏZİZ, çətin işimiş,
şərdən-şəbədədən qorunub gedəm…
Çiçəklərin ətir saçdığı xoş bir bahar günündə sevənləri Azərbaycan poeziyasının parlaq günəşi sayılan Xalq şairi Vahid Əziz şeiriyyatının ziyasına toplaşdılar.
Yenicag.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında baş tutan “Vallah, Vahid Əziz çətin işimiş…” adlı görüşdə şairin həyat və yaradıcılıq yolundan söz açılıb, daha sonra sevilən şairin çoxşaxəli yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Görüşdə tarix elmləri namizədi, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Solmaz Gözəlova, universitetin tələbələri, İncəsənət Gimnaziyasının şagird və müəllim kollektivi, kitabxananın fəal oxucuları iştirak ediblər.
Xalq şairinin poeziyasından nümunələr səsləndirilib. Bitib-tükənməyən yaradıcılığı və kitabları barədə söz açan Vahid Əziz görüş iştirakçıları üçün seçilmiş şeirlərini səsləndirib, oxucuların ona ünvanladığı sualları cavablandırıb və görüşün təşkilinə görə hər kəsə minnətdarlığını bildirib.
Cəvahir