Vampir qadın görənləri heyrətləndirir
Yenicag aznews-a istinadən məlumat verir ki, bədəninin 90 faizi döymələrlə, pirsinqlərlə və dərialtı implantlarla örtülü olan “vampir qadın” özü haqqında danışanda “ailəsi ilə məşğul olmağı xoşlayan adi qadın” olduğunu deyir.
Mariya Xose Kristerna 4 uşaq anasıdır. İxtisasca döymə üzrə mütəxəssisdir. Bundan əvvəl isə o, vəkil kimi işləyib. İndi isə o, televiziya şoularının və başqa tədbirlərin daim maraqla qarşılanan qonaqlarından biridir.
Mariya Xose Kristerna bədənində ilk döyməni 14 yaşında etdirib. Lakin sonrakı 10 il ərzində ailədə narkotik aludəçisi olan əri tərəfindən məişət zorakılığına məruz qaldığı üçün uşaqlarını da götürüb evdən gedir. Bundan sonra o, öz xarici görünüşünü tamamilə dəyişmək qərarına gəlib.