Vera Brejneva Miladze ilə evləndi-FOTO
Nikah mərasimi Versiliyanın Forte-dey- Marmi sahilində baş tutub.Şəxsi həyatını gizli saxlayan Vera haqqında uzun müddətdir ki, heç bir mlumat yox idi.Lakin Vera Brejnevanın gizli saxladığı şəxsi həyatını İtaliya KİV-i bütün mediyaya yaydı.
Cütlüyün nikahını Versiliya şəhərinin meri Umberto Buratti şəxsən imzalayıb.Miladze və Brejneva bal ayını da elə bu şəhərdə keçirtməyi planlaşdırırlar.
Xatırladaq ki,cütlük haqqında şaiyələr bir neçə il öncə yayılmışdı.Konstantin 19 illik evliliyinə keçən il son qoydu.Vera Brejneva isə 2012-ci ildə boşanmışdı.
Müğəninin mətbuat katibi onların evliliyini rəsmi təsdiqləyb.Qeyd edib ki, onlar xoşbəxtdirlər və hələ öz şəxsi həyatları barədə heç bir məlumat vermək istəmirlər.(Elle.ru)