Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlandı

media-hightechnic-468x90

Elektron Təhlükəsizlik Xidmətinin (ETX) apardığı fasiləsiz monitorinq və təhdid kəşfiyyat fəaliyyəti nəticəsində Azərbaycan vətəndaşlarına qarşı yönələn genişmiqyaslı fişinq kampaniyası aşkar edilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ETX məlumatı yayıb.

Məlumatda qeyd olunub ki, təhlillər göstərib ki, kampaniya çərçivəsində ümumilikdə 580-ə yaxın unikal Azərbaycan domeninə aid imeyl ünvanına, eləcə də 12 000-dən çox vətəndaşa (həm şəxsi, həm də korporativ imeyl ünvanları daxil olmaqla) fişinq xarakterli elektron məktublar göndərilib. Müəyyən edilib ki, bu məktubların məzmununda istifadəçiləri çaşdırmaq məqsədilə hüquq-mühafizə orqanlarının adından hazırlanmış saxta ittiham xarakterli bildirişlər yer alıb.

İstifadəçilərin fərdi məlumatlarını ələ keçirmək məqsədi daşıyan bu hücumlarla bağlı ETX vətəndaşlara və təşkilatlara aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

• ​Naməlum və şübhəli mənbələrdən daxil olan imeyl məktublarını açmamaq;

•​ İmeyl daxilində yerləşdirilmiş linklərə klik etməzdən əvvəl onların doğruluğunu mütləq yoxlamaq;

• ​Şübhəli əlavələri (faylları) yükləməmək və açmamaq;

•​ Rəsmi qurumlar adından daxil olan məktubların doğruluğunu həmin qurumların alternativ rəsmi kanalları vasitəsilə dəqiqləşdirmək;

•​ Belə hallarla qarşılaşdıqda dərhal ETX-yə məlumat vermək.

Hazırda sözügedən fişinq kampaniyası ilə bağlı araşdırmalar davam etdirilir və təhlükənin qarşısının alınması üçün müvafiq zəruri texniki tədbirlər görülür.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05