!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

VI Qlobal Bakı Forumu başladı

!Reklam – Yazi

Bakıda “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev forumda iştirak edir.

Foruma, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Saroviç, Rumıniya Baş nazirinin müavini Ana Birçall da daxil olmaqla 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirləri, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərin, alimlərin də daxil olduğu 500 nəfərə yaxın qonaq qatılıb.

Üç gün davam edəcək forum martın 17-də işini yekunlaşdıracaq. Forum çərçivəsində martın 18-19-da isə 7-ci Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanası və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçirilən sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq.

COP29

www.yenicag.az

3200
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv