Vilayət Eyvazovdan generalın yerinə TƏYİNAT

media-hightechnic-468x90

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Yenicag.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyi (DİN) Baş Təşkilat-İnspeksiya İdarəsinin rəis müavini, polis polkovniki Elman Qasımov vəzifəsindən azad olunaraq DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.

Vilayət Eyvazovun digər əmrinə əsasən, Daxili İşlər Nazirliyinin (DİN) Komendant Xidmətinin rəisi, polis polkovniki Eldəniz Məmmədov vəzifəsindən azad edilərək Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini təyin olunub.

Qeyd edək ki, ötən həftə Daxili İşlər naziri V.Eyvazovun müvafiq əmri ilə Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub. Əmrə əsasən, S.Mirzəyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib./Report/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600