“Vurğun Əyyubla bağlı qərar gözlənilmir”
“Vurğun Əyyubun məsələsi tamamilə fərqlidir. Partiya xüsusi olaraq Vurğun bəyi Məclis uzvu kimi siyahıdan cıxartmaq niyyətində deyil. Sadəcə Vurğun bəy özünü Məclis uzvu kimi görmür, Məclisi ve özünü qeyri-legitim hesab edir”.
Bunu Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı bildirib.
R.Əmiraslanlının sözlərinə görə, Məclisin növbəti sessiyasının mart ayında keçiriləcəyi gözlənilir. “O zamana qədər Vurğun Əyyub partiyada qalacaq?” sualını cavablandıran partiya rəsmisi “Vurğun bəy Müsavat Partiyasının üzvüdür. Onunla bağlı hər hansı qərar gözlənilmir” deyə vurğulayıb(interpress).