!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vyana sazişi 118% yerinə yetirilib - Azərbaycanın mühüm rolu

!Reklam – Yazi

OPEC-ə üzv olmayan ölkələr ötən ilin oktyabr ayı ilə müqayisədə neft hasilatını gündəlik 642 min barel azaldıblar.

Yenicag.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) sentyabr ayı üzrə hesabatına əsasən, kartelə daxil olmayan ölkələrdə avqust ayı ərzində ümumi neft hasilatı gündəlik 18,174 milyon barel azaldılıb. Bununla da qeyri-OPEC ölkələri neft hasilatının azaldılması barədə sazişi 118% yerinə yetiriblər.

Azərbaycan avqust ayında neft hasilatını gündəlik 78 min barel (223%), Qazaxıstan 54 min barel (268%), Rusiya 318 min barel (105%), Meksika 170 min barel (170%), Oman 43 min barel (95%) azaldıb.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.

 

COP29

www.yenicag.az

1047
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv