!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vyetnam, Əfqanıstan və İraq ABŞ üçün dərs olmadı” – Rusiyalı ekspert

!Reklam – Yazi

Rusiyalı politoloq İvan Starodubtsev Yenicag.ru-ya müsahibəsində Vladimir Putinin Türkiyəyə səfəri, həmçinin Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşünü dəyərləndirib.

– Dünən Türkiyə ilə Rusiya prezidentləri arasında təmtəralıq görüş keçirildi. Aparılan müzakirələrdə ikitərəfli münasibətlərin mühüm nüanslarına toxunulub. İndiki mərhələdə iki ölkə arasındakı münasibətləri necə qiymətləndirirsiz?

– Putinin Türkiyəyə səfəri və prezident Ərdoğanla apardığı müzakirələrin ən mühüm tərəfi “Akkuyu” Atom-Elektrik Stansiyasının (AES) tikintisinə rəsmən start verilməsi oldu. Bu, ümumilikdə, ictimaiyyətin qazancı hesab oluna bilər. Eyni zamanda, Türkiyənin S-400 raket komplekslərini almaq niyyətininin qətiliyini bir daha təsdiqləməsi də olduqca vacib məqamdır.

Ancaq prezidentlərin hər görüşündən sonra böyük irəliləyişlər gözləməyə də ehtiyac yoxdur. Əvvəl-axır, prezidentlərin görüş tezliyi elədir ki, tərəflərin gur çayı maksimum ehtiyatla keçməyə çalışdıqları təəssüratı yaranır. Daha sadə dillə desək, Suriya böhranı özünü həlledici fazasına daxil olub və Türkiyə ilə Rusiyanın qarşılıqlı koordinasiyanı yüksək səviyyədə təmin etməsi lazımdır.

– Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündən sonra bu “üçbucaq” regional siyasətə nə verəcək?

– Belə bir “üçbucağın” yaranması təəccüblü yox, qanunauyğunluqdur. Təəssüf ki, ABŞ özünün Vyetnam, Əfqanıstan və İraqdakı tarixi təcrübəsindən dərs almayaraq, eyni yolları Suriyada da getməyə çalışır. Ona görə də, ABŞ gec-tez həm fiziki, həm də imic itkilərinə məruz qalaraq, öz mövqelərini region ölkələrinə verməli olacaq. Bu məsələ ABŞ-ın öz daxilindəki “üçbucaq”da – Tramp-Dövlət Departamenti-Pentaqonda ciddi fikir ayrılıqları doğurub. Müzakirələr gedir ki, Suriyadan çıxaq, ya yox? Çıxsaq, bunu hansı şərtlərlə həyata keçirək? Regional liderlər isə bu “sirk”i izləməkdən bezərək, ABŞ-a tərəf boylanmadan qərar verməyə başlayacaqlar. Bunun ən bariz nümunəsi elə Türkiyə-Rusiya-İran formatıdır.

A.Zeynalov

COP29

www.yenicag.az

1655
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv