"WhatsApp"dan hamının gözlədiyi YENİLİK

media-hightechnic-468x90

“WhatsApp” messencerinin tərtibatçıları çoxdan gözlənilən yenilənmənin proqrama əlavə ediləcəyini bəyan ediblər. Söhbət “qara fon” adlı yeni dizayndan gedir.

Bu barədə Wccftech nəşri yazır.

Bir müddət əvvəl messencer düyməli telefonlarda da əlçatan olub. Bu fürsət dünyada istifadəçilərin sayını əhəmiyyətli dərəcədə artırıb – “WhatsApp”ın bazasına ən azı 1,5 milyon yeni hesab əlavə edilib.

“Qara fon”a qaldıqda isə, bu messencerin xarici görünüşü daha cəlbedici edəcək.

Bundan əlavə yeni sistem gözləri qıcıqlandırmayacaq. Həmçinin yeni fon sayəsində telefonun enerjisinə qənaət etmək mümkün olacaq.

Hazırda mütəxəssislər yeni fonu iOS və Android sistemlərində sınaqdan keçirirlər. (oxu.az)

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600