Xaçmazda 2 avtomobil toqquşub: Ölən var

Xaçmaz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunda “BMW” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1988-ci il təvəllüdlü Balayev Vadim Nurbala oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.