Xalq artisti adı alan aktrisa: “Ailə üzvlərim sevinc içərisindədir”

Prezident İlham Əliyevin sərəncamı ilə bir qrup aktyor fəxri ada layiq görülüb. Onlardan biri də tanınmış aktrisa Xalidə Quliyevadır.

Xalq artisti adına layiq görülən aktrisa təəssüratlarını Yenicag.az-la bölüşüb:

“Bu xəbər mənim üçün gözlənilməz oldu. Təkcə mən yox, bütün ailə üzvlərim sevinc içərisindədir. Sənətimə verdiyi ən böyük dəyər və etimada görə prezidentimə dərin təşəkürümü bildirirəm. Bu fəxri ad məni daha da qürurlandırdı və ruh yüksəkliyi yaratdı”.

Cəvahir