“Koronavirus Allahın göndərdiyi bir imtahandır. İnsanlar bir-biri ilə daha da mehribanlaşdı, şəfqətli olmağı öyrəndi. Mən də dəyişdim. İndi bağda qalıram. Baxıram ki, təbiət necə gözəldir, quşlar necə gözəl oxuyur. Əvvəllər təbiətə, quşların cəh-cəhinə indiki kimi fikir vermirdim. Amma indi təbiəti, həyatı daha çox sevirəm, düşünürəm ki, bu gün varıq, sabah yox”.
Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış rəqqasə Təranə Muradova bildirib.
Rəqqasə koronavirusa inanmayan insanlara da səslənib:
“Bəzi insanlar var ki, yazırlar, bu virusa inanmıram. İnanmırsız, heç olmasa, Allaha inanın, səbirli olun. Özünüzü qoruyun. Mən ilk gündən bu virusa inanıram və qorunuram. Düşünürəm ki, koronavirus insanları, insanlığı çox dəyişəcək. İnsanlar pislik etməkdən, paxıllıqdan uzaq olacaq. Bu virus insanların həyata baxışını, düşüncələrini dəyişəcək”.
Cəvahir
www.yenicag.az