“Buna görə atam məni qayışla döyürdü”.
Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti, tanınmış müğənni Sərxan Sərxan (Qurbanbəyov) deyib.
Uşaqlığında həddən artıq nadinc olduğunu deyən sənətçi atası tərəfindən tez-tez döyüldüyünü də etiraf edib:
“Uşaqlıqda çox şuluq uşaq olmuşam. Buna görə atam məni qayışla döyürdü. Fəxri ad alandan sora atama sual verdim ki, uşaq olanda məni niyə döyürdün, bax, indi Əməkdar artistəm. Atam mənə dedi ki, o vaxt səni döyməsəydim, indi sən Əməkdar artist olmazdın”.
Nehru
www.yenicag.az