!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Həsrətlə o xəbəri gözləyirəm”

!Reklam – Yazi

“Mart ayından bəri teatra getməmişəm. Karantinə görə yarımçıq qalan tamaşalarımız var. Teatr üçün çox darıxmışam, inanın özümü sudan çıxarılmış balıq kimi hiss edirəm. Yaradıcı insan üçün bu, çox ağırdır”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış aktyor Rafiq Əzimov deyib.

Aktyor əlaqədar qurumlara səslənərək, teatrların açılması üçün müraciət edib:

“Bir çox sahələrdə yumşaldılmalar oldu. Ümid edirik ki, teatrların da fəaliyyəti bərpa olunar. Bu xəbəri həsrətlə gözləyirəm. Təkcə mən yox, bütün həmkarlarım səbirsizliklə teatrların açılması xəbərini gözləyir. Səhnə üçün burnumun ucu göynəyir. Düzdür, onlayn tamaşalar nümayiş olundu. Amma teatr canlı ünsiyyət vasitəsidir, gərək tamaşaçının enerjisini hiss edəsən. Bu enerji mübadiləsi qarşılıqlı olmalıdır. Təbii ki, pandemiyanın qaydalarına uyğun olaraq sosial məsafə gözləməliyik, bunu tətbiq edərək tamaşalar hazırlamaq olar. Təki səhnəyə çıxaq, məşqlər edək, tamaşaçımızla görüşək. Evdə oturub, hər an bu xoş xəbəri gözləyirik. Ümid edirik ki, əlaqədar qurumlar tezliklə bu arzumuzu yerinə yetirəcək. Yay məzuniyyətimiz bitir, sentyabrda yeni mövsüm başlayır”.

Cəvahir

COP29

www.yenicag.az

6323
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv