Xalq artisti seriallarda NİYƏ GÖRÜNMÜR? – “Buna görə çəkilmirəm”
“Dəvət edirlər, amma çəkilmirəm”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Xalq artisti Tariyel Qasımov deyib.
Xalq artisti yeni mövsümdə hələ ki heç bir tamaşada və serialda rol almadığını bildirib. Yaradıcılığındakı boşluq onu bir aktyor olaraq darıxdırsa da, gözləmə mövqeyində olduğunu söyləyib. Nə vaxtsa ürəyincə olan rol olarsa, o zaman həmin fim, seriala çəkilməyə razılıq verəcəyini deyir:
“Sağ olsunlar, televiziyalar da dəvət edir, elə seriallara da çağırırlar. Amma seçim edirəm, hər obraza çəkilmək də olmur. Baxıram ki, rejissor məni qane edəcək rejissor deyil. Eyni zamanda da rol mənlik deyil. Mən o yaşda, o təcrübədə deyiləm ki, mənə təklif olunan hər seriala çəkilim. Mənim də öz yanaşmam var. Bu günə qədər oynadığım rollar istər teatr, istərsə də kino tarixində əbədi qalan obrazlardır. Həmin obrazlardan sonra hər rola çəkilmək də mənə yaramaz”.
Cəvahir