Xalq artistindən yubiley etirafı: “Bu yaşda ən böyük qazancım…”

media-hightechnic-468x90

“Bu yubiley mənim üçün sadəcə bir yaş rəqəmi deyil, bütöv bir ömür yolumun dayanacağıdır. Ötən günlərə nəzər salanda birgə çalışdığım sənət dostlarımı, canlandırdığım obrazları, qazandığım alqış sədalarını düşündükcə ruhum gülümsəyir, bir az da sevincdən kövrəlirəm”.

media-banner_tuq

Bu sözləri tanınmış aktyor, Xalq artisti Yasin Qarayev Yenicag.az-a açıqlamasında doğum günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

80 yaşlı yubilyar geridə qoyduğu ömür yoluna boylanaraq etiraflar edib:

“80 yaşın zirvəsindən geridə qoyduğum illərə boylanıram. Gənclik illərimdə sənətə olan böyük məhəbbətlə başlayan ömür yolum gözüm önündə canlanır. Bir-birindən gözəl tamaşalarda rol aldım. Bir göz qırpımında gəlib çatdım 50 yaşıma. Yaşımın o çağında gecə-gündüz yalnız yaratmaq eşqi ilə yaşayırdım. Elə bilirdim qarşıda məni uzun illər, sonsuz yollar gözləyir… 60 yaşımda real həyatda və sənətdə qazandığım uğurların məsuliyyətini hiss etməyə başladım… 70 yaşımda ötən illərin qədrini bildim və etmədiklərimin peşmançılığını çəkdim. Bu gün isə əgər məni sevənlər varsa, deməli, ömür yolum hədər getməyib, hələ yaşamağa dəyər deyirəm. Keçdiyim ömür yollarına bütövlükdə nəzər salsam, ən böyük qazancım xoş əməllərlə ürəklərdə qoyduğum izlərdir”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05