Xalq yazıçısı Rasim Balayevlə vida mərasimində başına gələnlərdən yazdı: "Dedilər, burada nazir müavininin köməkçisinin köməkçisi əyləşəcək"
Xalq yazıçısı Natiq Rəsulzadə Xalq artisti Rasim Balayevlə vida mərasimində başına gələn hadisədən yazıb.
Yenicag.az xəbər verir ki, N. Rəsulzadə bu barədə sosial media hesabında paylaşım edib.
Yazıçı oturduğu yerdən qalxmaq məcburiyyətində qaldığını bildirib:
“Boş yerlərin birində əyləşmişdim ki, birdən üstümə iki qız cumdu… Hər ikisi, görünür, məmur idi.
– Yox, yox, burada oturmayın! – deyə isterik, amma alçaq səslə çığırışdılar. – Yerinizi dəyişin! Burada nazir müavininin köməkçisinin köməkçisi əyləşəcək, yanında isə müavinin müavini”.
“Aman Allahım, sən özün bizi qoru!” – Xalq yazıçısı qeyd edib.













