Xanagahda yeni tikilmiş otel turistlərin istifadəsinə verildi - FOTOLAR

media-hightechnic-468x90

İsmayıllı rayonunun Xanagah kəndində “Castle” resort spa otelin açılış mərasimi olub.

media-banner_tuq

Mərasimdə hüquq-mühafizə orqanları, RİH əməkdaşları, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qonaqlar oteldə yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, 3 mərtəbədən ibarət olan oteldə ümumilikdə 23 otaq var. Onların hamısı qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bundan əlavə oteldə 2 konfrans zalı, 1 restoran. hovuz və SPA komleksi mövcuddur.

Bu cür obyektlərin istifadəyə verilməsi Azərbaycanın mirvasi hesab edilən İsmayıllının turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynamaqla yanaşı, yeni iş yerlərinin açılması deməkdir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05