Xankəndi ermənilərindən Azərbaycana MÜRACİƏT: "Bizi vətəndaşlığa qəbul edin, işləyək"

media-hightechnic-468x90

Azərbaycanın Xankəndi şəhərində yaşayan bir qrup erməni əhali iş üçün Şuşadakı Azərbaycan hərbçilərinə müraciət ediblər.

Yenicag.az erməni mətbuatına istinadən xəbər verir ki,  ermənilər Rusiya sülhməramlı hərbçilərinin iştirakı ilə Şuşanın giriş postuna yaxınlaşaraq, Azərbaycan vətəndaşlığı qəbul etməyə hazır olduqlarını bildirib və Azərbaycan dövlətindən iş istəyiblər.

“Biz çox bərbad vəziyyətdə yaşayırıq, Xankəndində iş, çörək yoxdur, ac qalmışıq. Azərbaycan dövlətindən xahiş edirik ki, bizi vətəndaşlığına qəbul edib iş versin. Xankəndi əhalisinin əksəriyyəti Azərbaycan dövlətinin Qarabağda apardığı yenidənqurma işlərinə dəstək verməyə hazırdır, biz burada fəhlə də işləməyə hazırıq, yetər ki, bizə iş verin”, – deyə ermənilər Azərbaycan hərbçilərindən xahiş ediblər.

Azərbaycan hərbçiləri isə ermənilərin xahişlərini lazımı dövlət qurumlarına çatdıracaqlarına söz veriblər. Daha sonra həmin ermənilər Rusiya sülhməramlılarının müşayiətilə Xankəndiyə geri qayıdıblar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa