Xankəndi Mədəniyyət Mərkəzi yenidən istifadəyə verilib

media-hightechnic-468x90
Xankəndi şəhərində ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən əhalinin ixtiyarına verilib.
Yenicag.az “Report”un Prezidentin izi ilə Xankəndiyə ezam olunan əməkdaşına istinadən xəbər verir ki, divarlarında aşınmalar və zədələnmələr aşkar edilən mərkəzdə yenidənqurma işləri aparılıb.
Əsaslı təmir edilən Mədəniyyət Mərkəzi yenidən qurularaq istifadəyə verilib. Burada kino və səhnə fəaliyyəti, müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, təlim, məşğələ, yaradıcılıq, inzibati idarəetmə, həmçinin turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.
Üçmərtəbəli binada müxtəlif sahələrə aid dərnəklərin yerləşdiyi çoxfunksiyalı zona, qrim otaqları, akt və kino zalları, kassa və suvenir mağazası, bufet fəaliyyət göstərəcək. 348 yerlik tamaşamı yeri olan mərkəzdə film nümayişi, tamaşa, təqdimat, konsert, rəsmi görüş və digər tədbirlərin keçirilməsi üçün, yüksək şərait təmin edilib.
Qeyd edək ki, mərkəz şəhərdə kütləvi tədbirlərin keçiriləcəyi əsas məkanlardan biri olacaq.
media-6gdtqmumvimdlh7sugqciwbihmiuutvu1ozeiyhu_1200 media-8hybqyd08oxnmjfyohjfbb6kcdkyytzs6nwelluz_1200 media-dowysyo4hllqdcauuffuvbxhxeoks630pedajzgq_1200 media-xk40scx2lguickneuzqkz2nkty4ynyrggzuetf6n_1200
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05