Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib.
Vurğulanıb ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 24-də Xankəndi şəhəri ərazisindən 5 ədəd müxtəlif markalı avtomat silahı, 17 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, 5 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
www.yenicag.az