“Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” qanun layihəsi hazırlanır

media-hightechnic-468x90

“Xaricdə yaşayan soydaşlar və diaspora təşkilatı haqqında” yeni qanun layihəsi hazırlanır.

Yenicag.az-ın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

R.Hüseynov vurğulayıb ki, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspora təmsilçiləri belə qanunu çoxdan gözləyir. O qeyd edib ki, yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək:

“Onlara vəsiqə verilməsi də nəzərdə tutulur. Bu da onların bir çox mövcud problemlərinin həllinə müsbət təsir göstərəcək. Yaxın vaxtlarda formalaşacaq yeni parlamentin ilk qəbul etdiyi qanunlardan biri də məhz bu olacaq”.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600