Xatirəsi işıq saçan ADAM: Vaqif İbrahimoğlunun ANIM GÜNÜDÜR

media-hightechnic-468x90

Azərbaycan teatrında etdiyi yeniliklərlə adını sənət tarixinə əbədi yazdırıb. Ona görə də adı çəkiləndə mütləq “novator rejissor” ifadəsi də işlədilir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu gün onun  Vaqif İbrahimoğlunun anım günüdür. Əvvəlcə düşündüm ki, onu sənət dostları və yetirmələri ilə birlikdə yad edək. Amma sonra fikrimdən daşındım. Çünki dəfələrlə Vaqif İbrahimoğlunu yetirmələri ilə bərabər anmışıq. Hər dəfə də eyni fikirləri eşitmişəm: “İbrahimoğlu məktəbini keçdiyim üçün xoşbəxtəm”. O, həm novator rejissor kimi sevilirdi, həm də xeyirxah insan kimi… Təcrübəsini sevə-sevə tələbələri ilə bölüşürdü.

Vaqif İbrahimoğlu tez-tez müraciət etdiyim müsahiblərdən olub. Onunla müsahibə etmək həm çətin idi, həm də maraqlı. Çətin idi ona görə ki, müsahibə verməyi sevməzdi. Əvvəlcə sadəcə söhbətləşirdik. Sonra doğma evi sayılan “Yuğ” Teatrına – tamaşasına dəvət edirdi. Tamaşadan sonra otağına yollanardı və hələ yorğunluğu çıxmamış diktafonuma işarə edib, “Hə, indi silahını işə sal” deyib müsahibəyə “ayaq” verərdi. Əgər ilk sual onu “tuturdusa”, müsahibə yağ kimi gedirdi. İbrahimoğluya sual xatirinə sual vermək mümkünsüz idi. Ümumiyyətlə, mətbuat dili ilə desəm, “qəzet dövründə” çətin yola gələn sənətkarlardan müsahibə almaq hər jurnalistin işi deyildi. Yalan nə deyim, o zaman biz belə müsahibələrlə öyünürdük. Onlardan biri də Vaqif İbrahimoğlu idi.

İşıqlı insan idi… Beynimdə keçmiş günləri varaqladıqca, vücudu gözüm önündə canlanır, xatirəsi işıq saçır, çöhrəsinə təbəssüm qonur. İstər-istəməz mən də gülümsəyirəm. Sanki qarşımda oturubmuş kimi… Xatirəsi diridirsə, demək ki, Vaqif İbrahimoğlu da bizimlədir…

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05