Xatundan etiraf: “Ondan qorxuram, çünki…”
“Anamdan qorxuram, çünki məni danlayır…”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Xatun “Qonaqcanlı” verilişində deyib.
O, bu yaşda belə anasından çəkindiyini bildirib:
“Allah anama cansağlığı versin. Rəhmətlik qardaşım Balaşın övladları və həyat yoldaşı anamın himayəsindədir. Biz sadəcə olaraq onlara maddi dəstək göstəririk, qalan hər şeylə anam məşğul olur. O, illərin xanımdır, hamımız onun ocağına yığışmışıq. Amma ondan qorxuram, çünki arada məni danlayır. Əgər bu gün mən özümü rahat və əmin hiss edirəmsə, anama da, atama da baxmalıyam. Yaxşı övlad olmalısan”.
Nehru













