Dörd aydır ki, ağciyər xərçəngindən əziyyət çəkən xalq artisti Fuad Poladovun müalicəsi davam etsə də, hələ ki, səhhətində irəliləyiş yoxdur.
Bu barədə Yenicag.az-a aktyor özü açıqlama verib:
“Həkimlər kimya terapiyasını dayandırıblar. Müalicəmin daha effektli olması üçün xaricdən xüsusi həblər gətirilib. Hazırda onlardan istifadə edirəm. Hələ ki, səhhətimdə heç bir irəliləyiş hiss etmirəm. Sadəcə olaraq, ümidlə gözləyirəm görüm sonum necə olacaq. Həb müalicəsi başa çatandan sonra yenidən müayinələr aparılacaq. Nəticəyə uyğun olaraq, həkimlər sonrakı mərhələ üçün qərar verəcəklər”.
Yalnız xəstəxanaya gedib-gəldiyini deyən aktyor teatr üçün darıxdığını deyib:
“Evdən çıxmıram, arada yalnız xəstəxanaya gedib-gəlirəm. Çoxdandır ki, teatra ayağım dəymir. Çox darıxıram, səhnədən ayrı yaşamaq mənə xəstəlikdən də ağırdır”.
Cəvahir
www.yenicag.az