!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəstəlik vərəqələri elektron formada tərtib ediləcək

!Reklam – Yazi

Nazirlər Kabineti “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” qərarənda dəyişiklik edib.

Yenicag.az xəbər verir ki, qərarın adı dəyişib, “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat” olub.

Xəstəlik vərəqələrinin elektron sənəd formasında “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsi üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.

“Sığortaolunanlar üçün xəstəlik vərəqələri, onları tərtib etmək hüququna malik olan tibb müəssisələrinin həkimləri ( tibb müəssisələrinin həkimləri) tərəfindən elektron sənəd formasında tərtib ediləcək. “Xəstəlik vərəqələri sığortaolunanlar və sığortaedənlər tərəfindən Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” (VSİS) vasitəsilə elektron sənəd formasında, o cümlədən sığortaolunan tərəfindən tibb müəssisəsinə müraciət edildikdə VSİS-dən kağız daşıyıcıda çap olunmuş formada əldə ediləcək.

COP29

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv