Xəstəliyini hər kəsdən gizlədən məşhur GÖZ YAŞI TÖKDÜ
“Ağır xəstəlik keçirdim, lakin bu barədə heç kimə heç nə demədim”.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist, müğənni Bəsti Sevdiyeva “Bir gün” verilişində qonaq olarkən deyib.
Sənətçi səhhəti ilə bağlı yaşadığı çətin günlərdən bəhs edib:
“Bir müddət öncə çox ağır xəstəlik keçirdim, lakin bunu ictimailəşdirmədim. Başqası olsaydı, bəlkə də bu barədə danışar, gündəm yaradardı. Sağlamlığım uğrunda böyük mübarizə apardım, ağır günlər yaşadım. Türkiyədə müalicə olundum. Bəlkə də bu xəstəliyə qalib gələ bilməyəcəkdim… Allah kömək oldu və sağaldım”.
Nehru













