“Xəyanət”in Mahirinin SON DURUMU: ”O haldaydım ki, həkimlər boyunlarına götürmək istəmirdilər”

media-hightechnic-468x90

“Əməliyyatdan sonra ağrılarım var, amma bədənim özümü tez bərpa etdi”.

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında ürək əməliyyatı keçirən Bakı Uşaq və Gənclər Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan səhhəti barədə danışarkən deyib.

Çəkilişlərini dayandırmamaq üçün sona qədər səhhəti ilə mübarizə apardığını deyən aktyor qastrol səfərindən birbaşa xəstəxanaya aparıldığını bildirib:

“Əməliyyatdan öncə və əməliyyatdan sonra yanıma gəlib-gedən adamların hamısının bir sözü diqqətimi çəkdi ki, axı siz sağlam həyat tərzi keçirən adam olmusunuz. Hər gün 10 kilometrə qədər yürüş edirdim, təbii qidalar, təbii bitkilərdən, çaylardan istifadə etmişəm. Siqaret çəkməmişəm, içki düşkünü olmamışam. Günbəgün, aybaay içimdə yığılan stress, haqsızlığa qarşı müharibə, mübarizə sağlamlığımın bu həddə çatmasına gətirib çıxardı. Serial çəkilişlərinin əvvəlində hiss edirdim ki, narahatlıqlarım var. Həkimə də getmişdim. Ona demişdim ki, peşəkar aktyoram və işimi sona qədər bitirməliyəm. Kürəyimdə göynəmələr hiss edirdim. Son həddə idim. Teatrın 25 illiyi ilə bağlı bölgələrə qastrola çıxmışdıq. O yubiley günlərində qastrolu da öz gücümüzlə həyata keçirdim. Təsəvvür edin, qastroldan birbaşa xəstəxanaya gəlmişdim. Hətta övladlarımı belə gedib görə bilmədim. Durumum o qədər ağırlaşmışdı ki, həkimlər belə boynuna götürmürdü, çünki tutulan damarların 90-95 faizi ələ gəlmirdi. Qardaşoğlunun köməyi ilə professor Kamran Musayevlə görüşdüm. Dedi çətindir, amma öhdəsindən gələcəyik. Tibbi personal sağ olsunlar, mənə böyük qayğı göstərdilər”.

“Xəyanət” serialında Mahir obrazının çəkilişlərinin davamına gəlincə, aktyorun cavabı zarafatyana belə oldu:

“Ola bilsin serialın rejissoru Pərviz hiss etmişdi öləcəyəm, serial yarımçıq qalmasın deyə yəqin məni “öldürəcək”. Amma yeni mövsümdə nələr olacaq, bunu mən özüm də bilmirəm”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05