!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzər rayonunda şəhid abidəsinin açılışı oldu - FOTOLAR

!Reklam – Yazi

44 günlük Vətən Müharibəsində yaralanmış və şəhid olmuş Xüsusi təyinatlı qüvvələrin baş leytenantı Məmmədov Dünyamir Əkrəm oğlunun yaşadığı evin qarşısında şəhidin abidəsinin açılışı olub.

Mərasimdə rayon rəsmiləri, xüsusi təyinatlıların qaziləri şəhid ailələri və veteranları ictimai birliyinin idarə heyəti və üzvləri,hərbçilər, qazilər, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edənlər şəhidin keçdiyi qəhrəmanlıq yolundan geniş söhbət açıblar.

Daha sonra abidənin açılışı olub və önünə gül dəstələri düzülüb. döyüş yoldaşları və başqaları şəhid haqqında xatirələrini, onun igidliyi, şücaəti barədə danışıblar.

Bildirilib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzib və ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Bu səbəbdən də Vətən üçün canından keçən qəhrəman oğul və qızların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Qeyd edilib ki, şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həlli dövlətimizin diqqət mərkəzindədir.

Sonra abidənin açılışı olub, önünə gül dəstələri düzülüb.

Sonda şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürünü bildirib.

COP29

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv