!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzərdə nərə balıqlarının ovlanmasına qadağa müddəti uzadıldı

!Reklam – Yazi

Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran Xəzər dənizində nərə balıqlarının kommersiya ovlanmasına qoyulan moratoriumun müddətini 2024-cü ilə qədər uzadıb.

Yenicag.az Interfax-a istinadla xəbər verir ki, bu, Xəzər hövzəsi ölkələri arasında su bioloji ehtiyatlarının mühafizəsi, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə edilməsi üzrə Komissiyanın yeddinci iclasının protokolunda nəzərdə tutulub.

Sənəd Sankt-Peterburqda keçirilən beynəlxalq balıqçılıq forumunda imzalanıb.

Nərə balıqlarının tutulması, əvvəlki kimi, yalnız tədqiqat məqsədləri və süni çoxalma üçün mümkün olacaq.

Xəzər dənizinin su bioresurslarının mühafizəsi, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə edilməsi üzrə Komissiya 2014-cü ilin sentyabrında Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələri tərəfindən Həştərxanda imzalanmış sazişə əsasən yaradılıb.

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv