Xəzərdə ölüm hadisəsi: Baba və nəvə boğuldu

media-hightechnic-468x90

Qaradağ rayonunun Ələt qəsəbəsində iki nəfər suda boğularaq ölüb.

Yenicag.az xəbər verir ki, 15 yaşlı Ləman Orucova dənizdə çimərkən boğulub.

L. Orucovanın 70 yaşlı babası Əmrağa Orucov nəvəsini xilas etmək istəyib. Nəticədə Ə. Orucov da boğulub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təcili yardıma çağırış saat 16.45-də daxil olub. Hadisə yerinə gələn həkim briqadası ölüm faktını təsdiqləyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa