Xəzərdəki gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

media-hightechnic-468x90

Sentyabrın 22-i günün ikinci yarısına qədər Xəzər dənizi akvatoriyasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.

Bu barədə Yenicag.az-a Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-dən bildirilib.

Xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600