XİN-dən İran danışıqları ilə bağlı BƏYANAT

media-hightechnic-468x90

712bfe9933f16085b2fe890ec1f0f224“Bu siyasi çərçivənin region və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin inkişafı üçün imkan yaradacağına inanırıq”

Azərbaycan Xarici İşlər Nazirliyi İranın nüvə proqramına dair danışıqlarda əldə olunan razılığa münasibət bildirib. Azərbaycan XİN-in bəyanatında deyilir:

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi P5+1, Avropa İttifaqı və İran İslam Respublikası arasında olan danışıqlarda birgə hərtərəfli fəaliyyət planının əsas parametrlərinə dair irəliləyişi alqışlayır. Bu siyasi çərçivənin region və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin inkişafı üçün imkan yaradacağına inanırıq. Azərbaycan Respublikası BMT Nizamnaməsi və beynəlxalq hüququn norma və prinsipləri əsasında konstruktiv və xoşməramlı şəkildə beynəlxalq məsələlərin həllinə dair beynəlxalq ictimaiyyətin səylərini və siyasi iradəsini dəstəkləyir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600