XİN rəhbəri istefa verdi

media-hightechnic-468x90

Əfqanıstanın xarici işlər naziri Salahuddin Rəbbani istefa verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, məlumatı RİA “Novosti” yayıb.

Bildirilib ki, nazir ölkə prezidenti Əşrəf Qəniyə ünvanladığı ərizədə Xarici İşlər Nazirliyinə ikinci dərəcəli rol ayırılmasına, ona Qeyri-Hökumət Təşkilatının sədri kimi münasibət göstərilməsinə etiraz olaraq istefa verdiyini vurğulayıb.

Qeyd edək ki, S.Rəbbani İslam Cəmaəti Partiyasının lideri Bürhanəddi Rəbbaninin oğludur. O, 1971-ci ildə Kabulda anadan olub. 2011-2012-ci illərdə Əfqanıstanın Türkiyədəki səfiri olub. 2015-ci il fevralın 1-dən isə ölkəsinin xarici işlər naziridir./Report/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05