!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xocalıda Azərbaycan bayrağı dalğalanır! - YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Əsgəran qalasında olub.

Yenicag.az xəbər verir ki, dövlətimizin başçısı Əsgəran qalasına və əraziyə baxış keçirdi.

Qeyd edək ki, XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa olunan Əsgəran qalası Azərbaycan memarlığının parlaq nümunələrindəndir. Qala Şuşadan 24, Xocalıdan isə 5 kilometr məsafədə yerləşir. Xocalı şəhəri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra qala dağıntılara məruz qalıb.

Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Əsgəran qalası separatçılardan azad edilib.

***21:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Yenicag.az xəbər verir ki, sonra dövlətimizin başçısı şəhər ərazisinə baxış keçirdi.

Qeyd edək ki, Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olunub. Erməni işğalçıları Xocalıda Azərbaycan xalqına qarşı tarixin ən qanlı soyqırımlarından birini törədib. Bu soyqırımı nəticəsində 613 dinc sakin qətlə yetirilib.

Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

***15:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Prezident Əsgəran qalasında da olub.

www.yenicag.az

1267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv